Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 11 dekabr 2025-ci il

Salam cənab Prezident,

Ölkəmizdə idmanın inkişafına göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan həm idman sahəsində, həm də digər istiqamətlərdə böyük nailiyyətlər əldə edir. Ən mötəbər yarışlarda ölkəmizin bayrağı ucalır, himni səslənir. Bu xoş mənzərələr vətəndaşlara iftixar və sevinc hissi bəxş edir.

Cənab Prezident, Sizə möhkəm can sağlığı, gələcək fəaliyyətinizdə davamlı uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Əliyev Asif Tofiq oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi

Keçidlər