Şriftin ölçüsü :

Saytın rəngi :

Aygün Quliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 29 dekabr 2025-ci il

Hörmətli Ali Baş Komandan!

Ölkəmizin məğrur bir vətəndaşı olaraq, Sizin apardığınız siyasəti hər zaman alqışlayır, verdiyiniz bütün qərarlarınıza görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Sizin sayənizdə Azərbaycan davamlı inkişafdadır. Ölkəmizin hər yeni günü əvvəlkindən daha parlaq və işıqlı olur.

Bu xoş günlər ərəfəsində Sizə “Ad gününüz mübarək!” deyirəm. Allahdan Sizə möhkəm cansağlığı, ailəniz və sevdiklərinizlə neçə gözəl ad günləri keçirməyinizi arzu edirəm. Şəxsi həyatınızda və işlərinizdə daim uğurlar Sizinlə olsun.

Hörmətlə,

Aygün Quliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər