Şriftin ölçüsü :

Saytın rəngi :

Aytəkin Xəlilzadədən, Bakı, Azərbaycan, 28 dekabr 2021-ci il

Hörmətli cənab Prezident.

Sizə bu məktubu ünvanlayan əkiz uşaq anası Aytəkin Xəlilzadədir. Övladlarım dünyaya göz açanda sevincimizin həddi-hüdudu yox idi. Təəssüflər olsun ki, bir müddətdən sonra körpələrdən birinin eşitmə-danışma qüsurlu olduğunu anladıq. Bizə bildirdilər ki, körpə 3 yaşa qədər əməliyyat olunmalıdır.

Hörmətli cənab Prezident, Sizə və Mehriban xanıma ailəmizin adından təşəkkür edirik. Sizlərin sayənizdə qızım əməliyyat olundu. Hazırda onun 4 yaşı var. Eşitməyə və danışmağa başlayıb. Qızımın eşitməyində və danışmağında ona kömək göstərən və dövlət tərəfindən ayrılan sosial xidmət işçilərindən də razıyıq. Dövlətimizin daim bizim yanımızda olduğunu hiss edirik.

Hörmətli cənab Prezident, Ulu Öndərimizin layiqli davamçısı olaraq, xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzulayır, ailəmizin adından “çox sağ olun” deyirəm.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Aytəkin Xəlilzadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

Keçidlər