Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarmış - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlamışdır.

Yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilib.

AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

AZƏRTAC-ın Videosaytı və Uşaq Bilik Portalı fəaliyyət göstərir. AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri" və digər bir sıra layihələr hazırlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 dekabr 2021-ci il tarixində Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC

AZ1124, Bakı, Ağasadıq Gəraybəyli küçəsi, 63

İdarə Heyətinin sədri - Aslan Aslanov

Telefon:
(+994 12) 498-60-17
(+994 12) 498-60-07

Keçidlər