Bayram Hacıyevdən, Bakı, Azərbaycan, 15 noyabr 2021-ci il
Türk dünyasının dahi şəxsiyyəti, qədim və müzəffər Azərbaycan xalqının tarixinə Zəfər qazanmış qəhrəman oğul kimi adını şanlı Ordumuzla birlikdə qızıl hərflərlə yazdıran Ali Baş Komandan.
Müzəffər Azərbaycan xalqının bir vətəndaşı kimi, dünya birliyinin tarixinə yeni sətirlərlə müasir hüquqi və ədalətli siyasətlə zəfər qazanmış Azərbaycan xalqının adını əbədi həkk etdirdiyiniz və xalqımızı zirvələrə ucaltdığınız üçün Sizə - xalqımızın qəhrəman Liderinə “var olun” deyirəm.
Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz münasibətilə bir vətəndaş kimi özümə borc olaraq Sizi və xalqımızı, zəfər qazanmış şanlı Ordumuzu təbrik edirəm.
Yaşa, müzəffər Azərbaycan xalqı və dövləti!
Hörmətlə,
Hacıyev Bayram Nazim oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.