Şriftin ölçüsü :

Saytın rəngi :

Billurə Əliyevadan, Bakı, Azərbaycan, 27 oktyabr 2021-ci il

Möhtərəm cənab Prezident.

Mən bir qarabağlı kimi Sizə bu məktubu yazmağı özümə mənəvi borc bildim. Oktyabrın 17-də Füzulinin işğaldan azad olunmasından bir il ötdü. Uzun illər doğma elimizin, obamızın həsrəti ilə yaşamış füzulililər adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən illərdir köçkün adının üstümüzdən götürüləcəyi günü gözləyirdim. Artıq biz ərazi bütövlüyü bərpa edilən bir ölkənin vətəndaşlarıyıq. Bu sevinci bizə yaşatdığınız üçün Sizə öz təşəkkürümü bildirirəm.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Bu günə şükürlər olsun.

Var olun, Müzəffər Ali Baş Komandan.

Hörmətlə,

Billurə Əliyeva

Füzuli rayonu 45 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Keçidlər