Şriftin ölçüsü :

Saytın rəngi :

Cavidan Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 21 oktyabr 2023-cü il

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Mən Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Azərbaycanın suverenliyini tam təmin etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Xalqımız Sizə olan inamı və sevgisi ilə ətrafınızda dəmir yumruq kimi birləşdi və rəşadətli Ordumuz Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Zəfər qazandı. Sizin uzaqgörən siyasətiniz, qətiyyətiniz, cəsarətli addımlarınız bu Qələbəni, eyni zamanda, ötən ay keçirilmiş antiterror tədbirlərindəki böyük uğuru təmin etdi. Dünya birliyi Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi oldu.

Siz bütün dünyada Azərbaycanın adını ucaltdınız. Siz bizim Milli Qəhrəmanımızsınız. Sizinlə qürur duyuruq. Allah Sizi Qorusun!

Hörmətlə,

Quliyev Cavidan Adil oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər