Əhmədağa Babaşovdan, Bakı şəhəri Binəqədi rayonu, 26 sentyabr 2022-ci il
Möhtərəm cənab Prezident
Siz atdığınız uğurlu addımlarla daim sübut edirsiniz ki, Azərbaycan Respublikasının əbədi, sarsılmaz və qüdrətli müstəqilliyi var. Eyni zamanda, vətəndaşlarımızın rifahının yaxşılaşması işi daim Sizin diqqətinizdədir. Düşünülmüş siyasət və qətiyyətli mövqeyiniz sayəsində Azərbaycan daha da güclənir və dünya ölkələri sırasında layiqli yerini tutub.
Mən bir tələbə olaraq deyə bilərəm ki, həm tələbə yoldaşlarım, həm də ümumilikdə ölkəmizin gəncləri Sizi özləri üçün nümunə bilir, Sizin dəyərli tövsiyələrinizdən faydalanmağa çalışırlar. Biz hər zaman Sizinləyik.
Hörmətlə,
Əhmədağa Babaşov
Tələbə
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu