Elçin Mustafazadə və başqalarından, Bakı, Azərbaycan, 07 dekabr 2021-ci il
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Görkəmli el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi və Bakı şəhərində abidəsinin ucaldılması barədə sərəncamlarınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Azərbaycan xalqı Aşıq Ələsgərin şeirlərini, nəğmələrini hər zaman sevib və yaşadıbdır. Siz öz sərəncamlarınızla, mühüm addımlarınızla həm Aşıq Ələsgər sənətinin, eləcə də xalq yaradıcılığının digər nümayəndələrinin daha geniş tanıdılmasını və təbliğini nümunəvi şəkildə həyata keçirirsiniz.
Xalqımız Sizi dəstəkləyir və daim dəstəkləyəcəkdir.
Hörmətlə,
Mustafazadə Elçin,
Qurbanov Mayıs,
Əliyev Zakir,
Nəbiyev Xəyal.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.