Şriftin ölçüsü :

Saytın rəngi :

Əlmaniz Ələkbərovdan, Bakı, Azərbaycan, 08 dekabr 2021-ci il

Hörmətli cənab Prezident.

Jurnalist kimi apardığım araşdırmalarla bağlı mütəmadi olaraq ölkəmizin bölgələrində oluram.

Bu yaxınlarda olduğum Zaqatala rayonunda şəhid ailələrini ziyarət edərkən onlardan duyduğum razılığı, minnətdarlığı Sizə çatdırmağı özümə borc bildim.

Hər bir şəhid ailəsində Sizin ünvanınıza xoş sözlər eşitdim. Onlar Sizə təşəkkür edərək apardığınız siyasəti dəstəklədiklərini bildirir, yeni uğurlar arzulayırdılar.

Siz dövlət başçısı kimi qayğınızı heç kimdən əsirgəmirsiniz. Mən də şəhid ailələrinə göstərilən diqqətə görə Sizə ayrıca minnətdarlıq edirəm.

Hörmətlə,

Ələkbərov Əlmaniz Ələkbər oğlu

Azərbaycan Respublikası Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Diaspor.info” saytının baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

Keçidlər