Şriftin ölçüsü :

Saytın rəngi :

Elnarə Qocayevadan, Bakı şəhəri Binəqədi rayonu, 27 sentyabr 2023-cü il

Hörmətli cənab Prezident

Bu günlərdə Sizin komandanlığınızla şanlı Ordumuzun daha bir möhtəşəm qələbəyə imza atması hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirdi. Lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində Qarabağda erməni separatizminin kökü kəsildi. Azərbaycan Ermənistana və bütün dünyaya bir daha göstərdi ki, ərazi bütövlüyünə, suverenliyinə qarşı yönələn istənilən təxribata ən yüksək səviyyədə və layiqli şəkildə cavab vermək gücündədir. İkinci Qarabağ müharibəsində olduğu kimi, bu qələbəmiz də Sizin əzminiz, qətiyyətiniz, “dəmir yumruğ”unuz sayəsində mümkün oldu. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının gücünü, Ordumuzun qüdrətini bir daha gördü.

Əziz Prezident, Azərbaycan xalqı, dünya azərbaycanlıları fəxr edirlər ki, xalqını, Vətənini sevən və qoruyan Sizin kimi Ali Baş Komandanı , sözünü həmişə cəsarətlə deyən Lideri var. Sizi çox sevirik. Var olun, cənab Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Qocayeva Elnarə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər