Şriftin ölçüsü :

Saytın rəngi :

Elvin İsgəndərovdan, Bakı şəhəri Binəqədi rayonu, 19 sentyabr 2022-ci il

Salam cənab Prezident

Siz müdrik Lider olaraq xalqın önündə getdiyiniz kimi, sadiq xalqımız da hər zaman Sizin arxanızdadır. Tarixin heç bir mərhələsində Azərbaycanda bugünkü kimi qüdrətli dövlət, güclü ordu, möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcud olmamışdır desəm, yəqin ki, yanılmaram. Çünki, bu işlərin təməli çox düzgün qoyulmuşdur. Ona görə də, xalqımız bu gün ümummilli liderimiz Heydər Əliyevə rəhmət diləyir, ruhuna dualar oxuyur. Həmçinin, “İlhamla irəli!” deyərək Sizin arxanızca gedir. Ona görə gedir ki, Siz xalqı inkişafa, tərəqqiyə aparır, istək və arzularının həyata keçməsində misilsiz xidmətlər göstərirsiniz.

Sizinlə fəxr edirik, əziz Prezidentimiz.

Hörmətlə,

İsgəndərov Elvin

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər