Emil Hüseynovdan, Bakı şəhəri Binəqədi rayonu, 17 yanvar 2024-cü il
Hörmətli cənab Prezident
Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmağımız Sizə bir daha bu xalqın rəğbətini qazandırdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Cənab Prezident, Siz Azərbaycan Respublikası tarixində Qələbə qazanan ilk Ali Baş Komandan olaraq tarixə düşdünüz. Bu gün Sizin uzaqgörən siyasətiniz sayəsində qalib xalq kimi başıuca gəzirik.
Prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik. Sizinlə qürur duyuruq.
Hörmətlə,
Hüseynov Emil
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi