Etibar Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 15 sentyabr 2022-ci il
Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bu gün erməni təxribatının qarşısının alınmasında qalib Azərbaycan Ordusu yenə də böyük şücaət göstərir. Şəhidlərimizə görə üzülsək də, “Vətən sağ olsun!” deyirik.
Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləyirik, hər zaman Sizin yanınızdayıq.
Allah şəhidlərimizə rəhmət eləsin.
Allah Sizi və Azərbaycan Ordusunu qorusun.
Dərin hörmətlə,
Əliyev Etibar Qaraş oğlu
Kəlbəcər rayon sakini
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu