Şriftin ölçüsü :

Saytın rəngi :

Fariz Dadaşovdan, Bakı şəhəri Binəqədi rayonu, 27 fevral 2024-cü il

Hörmətli cənab Prezident.

Xalqımız fevralın 7-də keçirilən seçkilərdə Azərbaycan xalqı Sizə öz dərin etimadını bildirdi. 20 ildən çoxdur ki, xalqımız Sizə öz inamını bildirir.

Siz 20 il əvvəl xalqa verdiyiniz bütün vədləri yerinə yetirdiniz. Uğurlarla, qələbələrlə dolu bu iyirmi ildə Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolunu tutdular. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Sizin qətiyyətiniz və Azərbaycan xalqının vahid amal ətrafında birləşmə bacarığıdır.

Sizi ailə üzvlərimlə birlikdə Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edir, yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Dadaşov Fariz

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər