Fərhad İbrahimovdan, Bakı, Azərbaycan, 02 fevral 2022-ci il
Hörmətli cənab Prezident.Sizin müdrik rəhbərliyiniz və müzəffər Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Siz bizim torpaq həsrətimizə son qoydunuz. Bütün Azərbaycan xalqı kimi, mən də Vətən müharibəsi iştirakçısı olaraq daim Sizinləyəm.
Mən Cəbrayıl, Xocavənd, Hadrut və Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişəm, döyüşlərdə yaralanaraq əlil olmuşam. Sizin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğı bizim yaralarımıza hər zaman məlhəm olub. Sizin tapşırığınıza əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülür. Mən də bu günlərdə mənzillə təmin olunmuşam. Buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Daim kölgəniz başımızın üzərində olsun!
Biz Vətənini sevən ailə olaraq Vətənini sevən Ali Baş Komandanımızın hər zaman yanındayıq.
Hörmətlə,
İbrahimov Fərhad Fuad oğlu, 3-cü dərəcəli Vətən müharibəsi əlili.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi.