Fərid Hacımirzəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 14 oktyabr 2024-cü il
Hörmətli cənab Prezident
Vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə Sizə təşəkkür edirəm.
Cənab Prezident, gənc nəslin nümayəndəsi kimi bildirirəm ki, hər bir gənc Sizin sosial-iqtisadi sahədə apardığınız islahatların nəticəsini görməkdədir. Sizi tam dəstəkləyirik və hər zaman yanınızdayıq.
Mötəbər tədbirlərin respublikamızda keçirilməsi, ölkəmizin dünya səviyyəsində tanınması biz gəncləri məmnun edir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, respublikamızın daha da güclənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Fərid Hacımirzəyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu