Fəridə Həsənlidən, Bakı şəhəri Binəqədi rayonu, 22 fevral 2023-cü il
Hörməli cənab Prezident
Əvvəlcə, Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzu edirəm.
Bu bir həqiqətdir ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən şəhid ailələri və müharibə əlilləri hər zaman Sizin diqqət mərkəzinizdə olmuşdur. Sizin həyata keçirdiyiniz uğurlu kadr islahatlarını alqışlayırıq. Bu islahatların müsbət nəticələri göz önündədir.
Mən bir şəhid ailəsinin üzvü kimi qürur duyuram ki, Vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Sizin kimi alicənab, savadlı və müdrik Liderin ölkəmizə rəhbərlik etməsinə sevinir və Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Fəridə Həsənli
Şəhid ailəsinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu