Fuad Heydərlidən, Bakı şəhəri Binəqədi rayonu, 17 sentyabr 2022-ci il
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Xalqımızın birlik, mərdlik rəmzinə çevrilmiş “Dəmir yumruq”la Ordumuz düşmənə öz yerini bir daha göstərdi. Biz Sizə inanırıq və Sizi dəstəkləyirik. Şəhidlərimizə görə üzülsək də, “Vətən sağ olsun!” deyirik.
Qoy düşmən bilsin ki, onların təxribatları heç zaman uğurlu alınmayacaq, nəticələri özləri üçün ağır olacaqdır. Azərbaycan əsgəri Vətənin keşiyində ayıq-sayıq dayanmışdır və öz doğma yurdu üçün hər şeyə hazırdır.
Hörmətlə,
Heydərli Fuad Hacı oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu