Görülən işlər
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonu ərazisində də mərhələli qaydada abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
Rayon ərazisində mərhələli qaydada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2025-ci il ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, yaşayış binalarının giriş və dam örtüklərində cari təmir işləri aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan çoxmənzilli yaşayış binalarının yumşaq və çardaqlı dam örtüklərinin təmir edilməsi, kənar yanar əşyalardan təmizlənməsi, yaşayış binalarının girişlərində, həyətlərində, 596 binanın zirzəmilərində sanitar təmizlik və dezinfeksiya işləri aparılmış, yaşayış evlərinin zirzəmilərində 555 p/m kanalizasiya, 136 p/m su xətləri dəyişdirilmişdir.
2025-ci il ərzində rayon ərazisində lift kabinalarının 875 kv.m yumşaq dam örtüyü cari təmir edilmişdir.
Hesabat dövrü ərzində baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbir olaraq 4800 mənzilin tüstü və havalandırma kanalları təmizlənmişdir.
Hazırda 8-ci mikrorayon İ.Dadaşov küçəsi 71, H.Hüseynov küçəsi 23,13,11a, 9-cu mikrorayonda H.Babaşov küçəsi 1, 2, 3, 5, 7, Ə.Naxçıvani küçəsi 1a, 3a, 4b, 4a 9 mərtəbəli, S.S.Axundov küçəsi 3, 3a, 3b, 4a, 11b, 2a, 4 saylı, 12 mərtəbəli binalarda, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi 29, 31, 33 və 33a saylı yaşayış binalarının fasad, giriş və dam örtüklərinin təmirinə başlanılmışdır.
Rayonun 6, 7, 8, 9-cu mikrorayonlar ərazisindəki yaşayış binalarında mövcud olan 757 sərnişin liftlərinin fasiləsiz istismar edilməsinin təmin olunması üçün gücü 3,8 kvt olan 64 liftin böyük mühərriki əsaslı, 128 liftin mühərriki isə cari təmir edilmişdir. Biləcəri qəsəbəsi, Füzuli küçəsi 53 və məhəllə 5035, ev 2 ünvanlarında 12 ədəd, Ə.Naxçıvani küçəsi 8 saylı yaşayış binasında 2 ədəd yeni liftin quraşdırılmasına başlanılmışdır.
Rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində hesabat dövründə məişət tullantılarının yığılması və daşınmasında mövcud olan bir sıra problemlər öz həllini tapmış, bu sahəyə xüsusi diqqət ayrılmışdır. Tullantı meydançalarının yenidən qurulması, yeni müasir tipli tullantı meydançalarının tikilib istifadəyə verilməsi, konteynerlərin və urnaların yenilənməsi, məişət tullantılarının yığılması və daşınmasının müəyyən edilmiş qrafiklər üzrə həyata keçirilməsinə, zərərsizləşdirilməsinə, mövcud problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, Mənzil Kommunal Təsərrüfatı Birliyi qarşısında məsələlər qaldırılmış və icrasına nəzarət edilmişdir. Hesabat dövrü ərzində məişət tullantıları konteynerləri cari təmir olunaraq bərpa edilmişdir. Xaric olan bərk məişət tullantılarının müvəqqəti toplanması üçün yaşayış massivlərində 657 konteyneraltı meydança və 2797 ədəd konteynerdən istifadə olunur. Rayon üzrə gündəlik xaric olan məişət tullantılarının mütəmadi daşınması üçün ümumilikdə 37 ədəd xüsusi təyinatlı, eyni zamanda digər maşın və mexanizmlərdən istifadə olunmaqla zərərsizləşdirilməsi üçün mövcud müqavilələr əsasında aidiyyəti üzrə təhvil verilməsi təmin edilir.
Rayonun Ə.Naxçıvani küçəsi 1, 33, 34, 35 saylı binaların həyətində abad məhəllə salınmışdır. Abad məhəllədə 2 ədəd söhbətgah, basketbol meydançası, 8 ədəd oturacaqlar quraşdırılmış, səki daşları dəyişdirilmişdir. Bundan başqa rayonun abad məhələlərində və yaşayış binalarının həyətlərində 14 ədəd oturacaqlar quraşdırılmışdır. Avtovağzal metrostansiyasının ətrafında salınmış parkda 3 ədəd oturacaqlar bərpa edilmişdir. Milli Qəhrəman F.Hümbətov, R.Aboyev və C.Enesko parklarında cari təmir işləri aparılmışdır. F.Rüstəmov küçəsindən Binəqədi şosesinə gedən yararsız pilləkən əsaslı təmir edilmişdir. Biləcəri qəsəbəsində mərkəzi yolların kənarında mövcud hasarların boyanması işləri görülmüşdür. Rayonun F.Məlikov 2v, A.Kunanbayev 5/13, 9/12, İ.Həşimov 8 və S.Məmmədova 201 ünvanlarında movcud abad məhəllərdə salınmış futbol meydançalarının ətrafının metal torları cari təmir edilmişdir.
Şəhid və qazi ailələrinin yaşadığı Xocəsən qəsəbəsi, Yeni yaşayış massivinin qarşısında yerləşən 1.5 ha ərazidə “Şəhər meşələri: Ağacdan daha artıq” layihəsi çərçivəsində istirahət parkının salınması işlərinə başlanılmışdır. Layihə çərçivəsində 1.5 ha ərazidə 3550 ədəd ağaclar və 3050 dekorativ kolların əkilmiş, damci suvarma sistemi qurulmuş, usaq əyləncə elementlərinin yerləşdirilməsi, piyada və velosipedlərin hərəkəti ucun zolağın salınması, tamet daşların döşənməsi, söhbətgah və oturacaqların, urnaların yerləşdirilməsi planlaşdırılır. İşlər davam etdirilir.
2025-ci il ərzində rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılmış, quru ağaclar təmizlənmiş, çoxillik güllərə qulluq göstərilmiş, əkilən güllərin alağı təmizlənmiş, vaxtaşırı suvarılmış, parklar quru ot və alaqlardan təmizlənmiş, ərazidə olan çəmənliklərə gübrə verilmişdir. Ərazidə yaşıllıqların genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər davam etdirilir. Eyni zamanda rayon ərazisində mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri mütəmadi olaraq həyata keçirilmişdir.
Ümumi olaraq 2025-ci il ərzində rayon ərazisində 4187 ədəd ağac, 11321 ədəd müxtəlif növ kol, 35905 ədəd müxtəlif növ gül kolları əkilmiş, 1160 m2 yaşıl çəmən otu salınmışdır.
Aparılan abadlıq tədbirləri zamanı 2025-ci il ərzində rayonun mikrorayonlarında məhəllədaxili həyətlərdə 36620 kv.m, S.S.Axundov küçəsində (Prokurorluğa gedən yol) 410m2 (89 m), M.Ə.Rəsulzadə qəsəbəsi, İncəçay küçəsində 1800m2 (300 m M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən), Sirab küçəsi (Zeytunluq ərazisi) 1740m2 (290 m sakinlər tərəfindən), 8 Mart küçəsi, döngə 1-də 600m2 (100 m Agentlik tərəfindən), F.Rüstəmov küçəsində 2400m2 (400 m Agentlik tərəfindən), M.Aydınbəyov küçəsində 780m2 (130 m Agentlik tərəfindən), Eldar Babayev küçəsində 10800m2 (1350 m Agentlik tərəfindən), Dalğa küçəsi (köhnə adı Binəqədi şosesi, döngə 1) 2800m2 (350m Sahibkarlar tərəfindən), Firavan küçəsində 2170m2 (310m Sahibkarlar tərəfindən), Biləcəri qəsəbəsi, M.Füzuli küçəsi, döngə 1-də 5400m2 (900 m Agentlik tərəfindən), Tomris küçəsində 2700m2 (450 m Agentlik tərəfindən), Yaşar Sadıqov küçəsində 1200m2 (200 m Agentlik tərəfindən), 1 May yaşayış massivi, 3-cü döngə şəhid Nihad Rzaxanov küçəsində 1800m2 (300 m Agentlik tərəfindən), X.Məlikaslanov küçəsi, 3-cü döngədə 1800m2 (300 m Agentlik tərəfindən), Amin Qəfərli küçəsi (köhnə adı Binəqədi yolu, döngə 10) 7500m2 (1250 m Agentlik tərəfindən), Binəqədi qəsəbəsi, A.İsfahani küçəsi, döngə 1 (yeni adı 18 oktyabr) 3000m2 (500 m Agentlik tərəfindən), III mədən, korpus 125 (yeni adı Cənub) 4860m2 (810 m Agentlik tərəfindən), M.F.Axundov küçəsində 1200m2 ( 200 m Agentlik tərəfindən), Xocəsən qəsəbəsi, Şəfəq küçəsində 1750m2 (350 m RİH tərəfindən), Çaylı küçəsi, döngə 2-də 1920m2 (320 m RİH tərəfindən), 1-ci bağlar küçəsi (şəhərciyə gedən yol) 279m2 (90 m sakinlər tərəfindən), R.Allahverdiyev küçəsində (157 nömrəli marşrutun yolu) 2400m2 ( 400 m Agentlik tərəfindən), Yovşanlı küçəsində (köhnə adı R.Allahverdiyev döngə 10) 1050m2 (210 m Xocəsən bələdiyyəsi tərəfindən), Turaclı küçəsində 1980m2 (330 m Agentlik tərəfindən), 28 May qəsəbəsi, Qarabağ küçəsində 2100m2 (350 m Agentlik tərəfindən), 8 Mart küçəsində 2100m2 (350 m Agentlik tərəfindən), Şəfəq küçəsində 2100m2 (350 m Agentlik tərəfindən) yolların əsaslı təmiri işləri aparılmışdır.
Ümumilikdə, 2025-ci il ərzində 10979 metr uzunluğunda 105259 m2 asfalt örtüyü salınmışdır.
Rayonun Biləcəri qəsəbəsi ərazisində Y.Sadıqov, Tomris və Ordubadi küçəsi, döngə 2 ünvanlarında, Sulutəpə qəsəbəsi, 20 yanvar və Əskipara küçələrində 1400 metr uzunluğunda küçələrin gecə işıqlandırılması işləri aparılmışdır.
Rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində 2025-cü il ərzində bir sıra zəruri əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda, ümumilikdə, 1242 p/m müxtəlif diametrli su xətti təmir edilərək dəyişdirilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 11 ədəd yeni siyirtmə quraşdırılmışdır. Müxtəlif ünvanlarda 5645 ədəd su xətlərində və 13849 ədəd kanalizasiya şəbəkəsində baş vermiş qəzaların qarşısı alınmış, 482 p/m kanalizasiya xətti təmir olunaraq dəyişdirilmiş, 4936 p/m xətt isə mexaniki üsulla təmizlənmişdir.
Rayon əhalisinin və qeyri əhali istehlakçılarının qaz təchizatının yaxşılaşdırılması, təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə Bakı Regional Qaz İstismar İdarəsinin Binəqədi-1 və Binəqədi-2 xidmət sahələri tərəfindən xidməti ərazilərdə vahid şəbəkə üzrə cari işlər görülmüşdür. Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə rayonun ayrı-ayrı ərazilərində 6987 dəfə qaz tənzimləyici şkaflar təftiş edilərək texniki baxış keçirilmiş, 6047 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmış, 5941 ədəd “Smart-Kart” tipli qaz sayğacları mexaniki sayğaclarla əvəz olunmuş, 293 ədəd qüsurlu sayğaclar yeni “Smart-Kart” tipli qaz sayğacları ilə əvəz edilmişdir. Eyni zamanda istismara yararsız qaztənzimləyici şkafların yeni müasir tipli qaztənzimləyici məntəqələrlə əvəz olunması, qaztənzimləyici stansiyaların ətrafının abadlaşdırılması, yerüstü magistral qaz xətlərinin boyanması və bəzi yerlərdə əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün yeni qaztənzimləyici məntəqələrin quraşdırılması və siyirtmələrin təftiş olunması işləri həyata keçirilmişdir.
Əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində 4090 metr yeni kabel xətləri çəkilmiş, 5530 metr yararsız kabel xətləri yenisi ilə əvəz edilmişdir. Gərginliyin aşağı olduğu K.Rəhimov küçəsində 1 ədəd 630 kv-luq, Baksol ərazisində 1 ədəd 630 kv-luq, S.Bəhlulzadə küçəsində 1 ədəd 1600 kv-luq, Yeni yaşayış massivində 1 ədəd 630 kv-luq və Binəqədi qəsəbəsində 2 ədəd yeni 630 kv-luq transfarmotor quraşdırılıb, ayrı-ayrı ərazilərdə 5 ədəd transfarmotorlar yenisi ilə əzəz edilib, 9 ədəd əsaslı, 118 ədəd isə cari təmir edilmişdir. Bundan başqa transformator məntəqələrində mövcud elektrik qurğularına texniki xidmət göstərilmiş və cari təmir işləri aparılmış, TM və KTM-lərin ətrafında abadlıq-təmizlik işləri həyata keçirilmişdir.
Əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində “Azəristiliktəchizat” ASC-nin 3, 15 və 20 saylı İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərir. 2024-2025-ci illərin qış mövsümündə 33 ədəd məhəllədaxili istilik qazanxanaları və 15 istilik məntəqələri ilə 527 yaşayış binası, 13 məktəb, 10 uşaq bağçası, 9 səhiyyə müəssisəsi, 308 digər təyinatlı binalar istiliklə təmin olunmuşdur. İstilik təchizatında mövcud olan problemlərin aradan qaldırılması və əhalinin fasiləsiz istiliklə təmin edilməsi məqsədilə rayon ərazisində ayrı-ayrı ünvanlarda məhəllədaxili istilik xətlərində 1285 metr müxtəlif diametrli istismara yararsız boru xətləri yenisi ilə əvəz edilmiş və aşağı paylama istilik xətlərinə mütəmadi olaraq nəzarət edilmiş, qazanxanalara texniki baxış keçirilmiş və cari təmir işləri aparılmışdır.









