Gülbəniz Kərimovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 sentyabr 2022-ci il
Hörmətli cənab Prezident
Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkəmizdə bir sıra sahələrdə həyata keçirilən mühüm islahatların müsbət nəticələri özünü məhkəmə və hüquq mühafizə orqanlarında da göstərir. Bunun sayəsində insanların hüquqları etibarlı şəkildə qorunmaqdadır. Biz özümüz də bu yaxınlarda bunun bir daha şahidi olduq.
Belə ki, mənim həyat yoldaşımın – batalyon komandirinin öz ailəsinə miras qoyduğu əmlakla bağlı iddia tələbim var idi. Düzünü deyim ki, məsələ çox mürəkkəb idi. Buna görə də bir neçə il məhkəmə çəkişmələri oldu. Ancaq sonda ədalət öz yerini tapdı. Məhkəmə icraatında olan işimlə bağlı bütün detallar ciddi araşdırıldı və ədalətli qərar qəbul olundu. Hakimlərimizdən çox razı qaldım.
Əziz Prezidentimiz, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, ədalətli hakimlərin və hüquqşünasların yetişdirilərək vəzifələrə təyin olunması, cəmiyyətdə haqq-ədalətin öz yerini tapması sahəsində göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Siz hər zaman haqqı dəstəkləyirsiniz. Azərbaycan üçün ən böyük haqq mübarizəsi olan Qarabağ müharibəsində də qalib gəldiniz. Tutduğunuz bu müqəddəs yolda Ulu Tanrı daim köməyiniz olsun.
Hörmətlə,
Gülbəniz Kərimova
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu