Şriftin ölçüsü :

Saytın rəngi :

Həsən Məmmədov və başqalarından, Bakı, Azərbaycan, 09 dekabr 2021

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyin qeyd edilməsi haqqında Sərəncamınızdan sonra ustad sənətkarın yaradıcılığına həsr olunan tədbirlər təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində keçirildi, çap olunan kitab və məqalələr müxtəlif dillərə tərcümə edildi.

Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması barədə növbəti Sərəncamınız yenidən hamımızı sevindirdi. Aşıq yaradıcılığına verdiyiniz qiymətə görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Məmmədov Həsən

Mehdiyev Barat

Haqverdiyev Nazir

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Keçidlər