Hüseyn Şahbəndəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 15 fevral 2024-cü il
Möhtərəm cənab Prezident, hörmətli xilaskar Liderimiz!
Sizi yenidən Pezident seçilməyiniz münasibəti ilə təbrik edirəm! Allah Sizi və sevdiklərinizi qorusun. Şükürlər ki, Azərbaycan Sizin sayənizdə artıq öz tarixi haqqının sahibidir.
Siz xalqımız üçün elə böyük işlər görmüsünüz ki, səsi-sorağı, sədası bütün tarix boyu duyulacaqdır. Elə buna görə də xalqımızın öz əziz Prezidentinə etimadı sonsuzdur.
Var olun! Sizə can sağlığı arzu edirəm!
Hörmətlə,
Şahbəndəyev Hüseyn,
Əməkdar müəllim
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu