Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseyn Şahbəndəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 19 avqust 2023-cü il

Hörmətli cənab Prezident!

Sizin daxili və xarici siyasətdə qətiyyətiniz və əzmkarlığınız, dönməz mübarizəniz Azərbaycanımızın dünyada mövqeyini durmadan yaxşılaşdırır, nüfuzunu artırır.

Erməni vəhşilərindən azad olunmuş ərazilərimizdə yeni nəfəs, xoş ab-hava duyulur. Kəlbəcərin bərpasına, tikilib abadaşdırılmasına böyük məbləğdə vəsaitin ayrılması barədə Sərəncamınız da həmin işlərin davamı kimi hər bir kəlbəcərlini sevindirir.

Sizə Kəlbəcər əhalisi adından minnətdarlığımı bildirirəm.

Allah Sizi və sevdiklərinizi qorusun!

Hörmətlə,

Şahbəndəyev Hüseyn Müseyib oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi

 

https://president.az/az/articles/view/60877

Keçidlər