Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseyn Şahbəndəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 22 sentyabr 2023-cü il

Möhtərəm cənab Prezident!

Xalqımızın yenilməz, qəhrəman oğlu, Ulu Öndərimizin layiqli davamçısı, əzizimiz İlham Heydər oğlu!

Qarabağdan separatçı-xunta rejiminin biryolluq ləğv edilməsi üçün atdığınız addımların uğurlu nəticələrinə görə Sizi ürəkdən təbrik edirəm. Var olun!

Azərbaycanın sinəsinə 1828-ci ildən saplanmış erməni xəncərini çıxarmaq indiyə qədər heç bir ölkə başçısına nəsib olmayıb. Bunu Siz bacardınız, dahi Heydər Əliyevin qəhrəman oğlu!

Allah Sizi qorusun! Tarix durduqca Azərbaycanla qoşa yaşayın!

Hörmətlə,

Şahbəndəyev Hüseyn Müseyib oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi

Keçidlər