İftixar Piriyevdən, Bakı şəhəri Binəqədi rayonu, 14 fevral 2024-cü il
Möhtərəm cənab Prezident,
İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi adından Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Xalq növbəti dəfə Sizə səs verməklə Azərbaycanımızın gələcəyini yenidən dahi Liderə etibar etdi.
Azərbaycanın bu gün beynəlxalq aləmdə böyük nüfuza malik olmasında dövlət başçısı olaraq Sizin rolunuz böyükdür. Dünya azərbaycanlılarının birliyinə xidmət edən əməyinizi əvəzsiz tarixi töhfə kimi qiymətləndirir və tutduğunuz şərəfli yolda Sizə uğurlar arzulayırıq.
Biz həmişə Sizin daxili və xarici siyasətinizi dəstəkləyəcəyik. Sizinlə qürur duyuruq!
Dərin hörmət və ehtiramla,
İftixar Fəhrat oğlu Piriyev
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu