İradə Rizazadədən, Bakı şəhəri Binəqədi rayonu, 28 mart 2023-cü il
Möhtərəm cənab Prezident!
İlk olaraq, Sizi qədim və milli bayramımız olan Novruz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizin başçılığınız ilə ölkəmizə əmin-amanlıq, bolluq, firavanlıq diləyirəm.
Mən, İradə Rizazadə bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif etdiyiniz qadınlardan biriyəm. Bu şərəfə layiq gördüyünüzə və məni təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.
1988-ci ildə İrəvandan ailəmlə birgə Bakıya qaçqın kimi gəldikdən sonra bu illər ərzində Azərbaycan Qaçqınlar Cəmiyyəti, Qızıl Aypara Cəmiyyəti, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyində, ümumilikdə isə ictimai həyatda və QHT sektorunda fəaliyyətimin nəticəsini məhz bu il - “Heydər Əliyev İli”ndə görmək mənim üçün ikiqat qürurvericidir. Bu medalı ümumilikdə Azərbaycan qadınına verdiyiniz dəyər kimi qiymətləndiririk.
Əlbəttə ki, mənə göstərilən bu etimadı doğrultmağım üçün bir ictimai fəal Azərbaycan qadını, QHT sədri olaraq bundan sonra da daim var-gücümlə çalışacağam.
Möhtərəm cənab Prezident!
Bir daha Sizi və ailənizi Novruz bayramı münasibətilə təbrik edirik. Artıq bir neçə ildir ki, sayənizdə Qarabağda yandırdığımız Novruz tonqalını növbəti illərdə dədə-baba torpağımız olan Zəngəzur, Göyçə, İrəvanda qalayacağımıza inanırıq. Sizin komandanlığınız ilə bu arzumuzun tezliklə gerçəkləşəcəyinə əminik və atdığınız hər bir addımda Qərbi Azərbaycan torpaqlarından olan həmvətənlərimiz adından Sizi daim dəstəklədiyimizi bildiririk.
Hörmətlə,
Rizazadə İradə,
"Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu