Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıl Yusifovdan, Bakı şəhəri Binəqədi rayonu, 24 dekabr 2025-ci il

Hörmətli cənab Ali Baş Komandan,

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin uzaqgörən və müdrik rəhbərliyiniz sayəsində Azərbaycan bu gün sürətlə inkişaf edən, regionda söz və nüfuz sahibi olan güclü bir dövlətə çevrilmişdir. Həyata keçirdiyiniz düşünülmüş daxili və xarici siyasət ölkəmizin rifahının yüksəlməsinə, xalqımızın firavan həyatına, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına xidmət edir. Bu uğurları böyük rəğbət və qürur hissi ilə izləyir, tam dəstəkləyirik.

Siz dünya miqyasında Azərbaycanın adını uca tutan, ölkəmizi layiqincə təmsil edən müdrik və qətiyyətli Lider kimi tanınırsınız.

Hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin ictimai, mədəni və humanitar həyatında gördüyü xeyirxah və əvəzsiz işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr hər bir Azərbaycan vətəndaşını sevindirir, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə mühüm töhfə verir.

Siz və Mehriban xanım Əliyeva Azərbaycan xalqının ən böyük güvənc yerisiniz. Vətəndaşlarımız üçün göstərdiyiniz diqqət və qayğı, gördüyünüz misilsiz işlər hər birimizi sevindirir və gələcəyə olan inamımızı daha da möhkəmləndirir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında imzaladığınız Sərəncam da Sizin ölkənin gələcəyini hədəfləyən ardıcıl və strateji baxışınızın növbəti parlaq göstəricisidir.

Hörmətli cənab Prezident, bu xoş əsnada həmçinin, Sizi 24 dekabr – doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Yusifov İsmayıl Kərəm oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər