Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıl Yusifovdan, Bakı şəhəri Binəqədi rayonu, 26 sentyabr 2025-ci il

Hörmətli cənab Ali Baş Komandan!

Siz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın rifahı və tərəqqisi naminə həyata keçirdiyiniz daxili və xarici siyasəti böyük rəğbətlə izləyir, tam dəstəkləyirik. Sizin müdrik rəhbərliyinizlə ölkəmiz hərtərəfli inkişaf edir, Azərbaycan xalqı isə bu inkişafdan qürur duyur.

Siz qurub-yaradan, xalqını ətrafında birləşdirə bilən, Azərbaycanın adını dünya miqyasında uca səsləndirən müdrik və nüfuzlu bir Lider kimi tanınırsınız. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bir daha dövlətimizin gücünü, xalqımızın əzmini və birliyini əyani şəkildə nümayiş etdirir.

Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə göstərdiyiniz yorulmaz fəaliyyət, fədakarlıq və prinsipial mövqe hər bir vətəndaş üçün nümunədir. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün regionda söz sahibi olan güclü və nüfuzlu bir dövlətə çevrilmişdir.

Hörmətli Mehriban xanım Əliyevanın da təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə gördüyü xeyirxah işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr hər bir Azərbaycan vətəndaşının həyatına müsbət təsir göstərir, eyni zamanda beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Siz və Mehriban xanım Azərbaycan xalqının güvənc yerisiniz. Dövlətimiz və vətəndaşlarımız üçün gördüyünüz misilsiz işlər, göstərdiyiniz diqqət və qayğı xalqımızın birliyini və dövlətə inamını daha da möhkəmləndirir.

Uca Allahdan Sizə və Mehriban xanıma möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Yusifov İsmayıl Kərəm oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər