Şriftin ölçüsü :

Saytın rəngi :

Larisa Şıxəliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 28 sentyabr 2022-ci il

Hörmətli cənab Prezident

Sizin verdiyiniz tapşırıqlara uyğun olaraq, yerlərdə vətəndaşların qəbulu işi yaxşılaşdırılıb, sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir. Bu görüşlərdə sakinlərin problemləri diqqətlə dinlənilir, həlli ilə əlaqədar lazımi işlər görülür, əsaslı məsələlər öz həllini tapır.

Mən bu məktubu Sizə Binəqədi qəsəbəsinin C.Cabbarlı küçəsinin sakinləri adından yazıram. Küçəmizdə uzun müddət mövcud olmuş su-kanalizasiya problemi həll edilib.

Cənab Prezident, bütün bunlar üçün sakinlər adından Sizə təşəkkür edirəm. Sizin siyasətinizi dəstəkləyir, Sizə işlərinizdə yeni uğurlar arzulayırıq.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Larisa Şıxəliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi

Keçidlər