Məhəmməd Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 02 sentyabr 2025-ci il
Hörmətli cənab Prezident,Sizin Amerika Birləşmiş Ştatlarına səfəriniz zamanı Ağ Evdə keçirdiyiniz görüşlər zamanı əldə edilən tarixi razılaşmalar, imzalanan mühüm sənədlər ölkəmizin qazandığı daha bir möhtəşəm diplomatik qələbədir. Bu böyük uğurla əlaqədar Sizə dərin minnətdarlığımı bildirirəm.
Əldə edilən nailiyyət Sizin ölkəmizin maraqları, xalqımızın mənafeyi naminə sərgilədiyiniz əzmkar mövqeyin, uzaqgörən siyasətinizin, beynəlxalq arenada Azərbaycanın haqq səsini müdafiə etmək istiqamətində göstərdiyiniz qətiyyətin bariz nümunəsidir.
Sizə uzun ömür, cansağlığı, Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Məhəmməd İlqar oğlu Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu









