M.Ə.RƏSULZADƏ BƏLƏDİYYƏSİ
M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir.
Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Rəsulzadə qəsəbəsi adlandırılmışdır.
Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 53000 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv. km-dir.
Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur.
Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə (“Sahil”, “Delfin”, 76, 90 və 211 saylı) fəaliyyət göstərir.
Həmçinin, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Rayon Prokurorluğunun, Rayon Məhkəməsinin, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının, Mərkəzi Seçki Komissiyasının, Dövlət Miqrasiya Xidmətinin və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binaları M.Ə.Rəsulzadə qəsəbəsində yerləşir.
Qəsəbə ərazisində Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası və onun Poliklinika şöbəsi, 20 saylı uşaq poliklinikası, "Avrasiya" özəl tibb mərkəzi, "Vimay" özəl tibb mərkəzi, 9 saylı Təcili yardım stansiyası fəaliyyət göstərir.
Qəsəbə ərazisində 3 istirahət parkı: Heydər Əliyev, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkı və Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov adına parklar yerləşir.
Eyni zamanda qəsəbə ərazisində bir çox sənaye müəssisələri, o cümlədən ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC, müxtəlif növ boyalar istehsal edən "Sobsan" müəssisəsi, tikinti sənayesi üzrə formalaşan Bakı "Dəmir-Beton-8" ASC, "Asko" firması, "Arzu" LTD beton-çınqıl, "Ağac emalı" zavodu, “Azprof” MMC, "Montana Construction" beton-çınqıl, "Monalit Beton" MMC, 6 saylı Dəmir beton zavodu, “Akabe inşaat”, “Bakı Tikiş Evi”, “Altesqrup” LTD və "Kosmik cihazqayırma" təsərrüfat zavodu fəaliyyət göstərməkdədir.
Rəsulzadə qəsəbəsində “Vaqa”MMC, "Zəngəzur" müəssisəsi, "Gilan" yığma emalatxanası, 29 saylı çörəkbişirmə müəssisəsi, "Uğur-ÇB" istehsal müəssisəsi, "Ruzi-VM" MMC,”Uzun Ömür” MMC, "Yadigar" firması, və s. müxtəlif təyinatlı müəssisələr öz fəaliyyətlərini həyata keçirirlər.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hüseynov Hümbət Rəhim oğlu 03.12.1963-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur. 1981-1986-ci illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini, 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin dissertantı olmuşdur, texnika elmlər namizədidir.
1986-1991-ci illərdə Q.Musabəyov adına Maşınqayırma zavodunda mühəndis-texnoloq, büro rəisi vəzifələrində; 1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi vəzifəsində; 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin mütəxəssisi və hüquqşünası vəzifəsində çalışmışdır.
Respublikada keçirilmiş II (17.12.2004), III (23.12.2009), IV (23.12.2014), V (23.12.2019) və VI (29.01.2025) çağırış bələdiyyə seçkilərində iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir.
Bələdiyyə iclaslarının müvafiq qərarlarına əsasən 2006-cı ildən 2007-ci ilin dekabr ayınadək bələdiyyənin sədr müavini, 2007-ci ilin dekabr ayından sədr əvəzi və 30.01.2009-cu ildən 2010-cu ilin yanvar ayının 25-dək bələdiyyənin sədri vəzifəsində çalışmışdır. M.Ə.Rəsulzadə bələdiyyəsinin 26.01.2010-cu, 30.01.2015-ci il, 15.01.2020-ci və 17.02.2025-ci il tarixli iclaslarının müvafiq qərarları ilə bələdiyyənin sədri seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.08.2003-cü il tarixli, 911 saylı Fərmanına əsasən II dərəcəli dövlət qulluquçusu ixtisas dərəcəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02.02.2024-cü il, 4289 nömrəli Sərəncamı ilə “Dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərli fəaliyyətinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədridir. 2012-ci ilin sentyabr ayından Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Respublikada keçirilmiş II (17.12.2004), III (23.12.2009), IV (23.12.2014), V (23.12.2019) və VI (29.01.2025) çağırış bələdiyyə seçkilərində iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir.
Fəaliyyəti dövründə bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının, Humanitar məsələlər daimi komissiyasının, Hüquq məsələləri daimi komissiyasının və Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri vəzifələrində çalışıb. Bələdiyyənin 14.03.2015-ci il, 15.01.2020-ci il və 17.02.2025-ci il tarixli iclaslarının müvafiq qərarları ilə bələdiyyə sədrinin müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin müavini Tahirova Leyli Faatovna 09.01.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Rəhbər kadrların ixtisasının artırılması" fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1998-ci ildə Abşeron Regional Səhmdar Su Cəmiyyətində başlayaraq 2001-ci ilədək bir sıra vəzifələrdə çalışmışdır. 2005-2007-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətində qəbul otağının inspektoru və komendant vəzifələrində çalışmışdır.
Respublikada keçirilmiş III (23.12.2009) , IV (23.12.2014), V (23.12.2019) və VI (29.01.2025) çağırış bələdiyyə seçkilərində iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmişdir. Bələdiyyənin 26.01.2010-cu, 30.01.2015-ci il, 15.01.2020-ci və 17.02.2025-ci il tarixli iclaslarının müvafiq qərarları ilə bələdiyyə sədrinin müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 1 övladı var.
________________
Respublikada keçirilmiş V (23.12.2019) və VI (29.01.2025) çağırış bələdiyyə seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilib.
M.Ə.Rəsulzadə bələdiyyəsinin 15.01.2020-ci və 17.02.2025-ci il tarixli iclaslarının müvafiq qərarları ilə bələdiyyə sədrinin müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir övladı var.
Bələdiyyədə 34 nəfər qulluqçu çalışır.
Telefon: (012) 412-28-74; (012) 412-34-67
Faks:(012) 412-02-59
Sıra №-si | Adı, soyadı, ata adı | Vəzifəsi | Sədr, sədr müavinlərinin, daimi və basqa komissiya sədrlərinin seçilməsi barədə müvafiq qərar | Qeyd |
1 | 2 | 3 | 4 | 5 |
1. | Hüseynov Hümbət Rəhim oğlu | Sədr | Bələdiyyənin 17.02.2025-ci il tarixli icasının 01 saylı qərarı | |
2. | Nağıyev Ayət Süleyman oğlu | Sədr müavini | Bələdiyyənin 17.02.2025-ci il tarixli icasının 01 saylı qərarı | |
3. | Tahirova Leyli Faatovna | Sədr müavini | Bələdiyyənin 17.02.2025-ci il tarixli icasının 01 saylı qərarı | |
4. | Babayev Orxan Əlidadaş oğlu | Sədr müavini | Bələdiyyənin 17.02.2025-ci il tarixli icasının 01 saylı qərarı | |
Yerli büdcə məsələləri daimi komissiyası | ||||
1. | Fərzəliyeva Elmira Raquf qızı | komissiya sədri | Daimi komissiyanın 28.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı | |
2. | Vəlili Güllü Əli qızı | üzv | ||
3. | Eldarlı Sənubər Musa qızı | üzv | ||
Yerli sosial məsələlər daimi komissiyası | ||||
1 | 2 | 3 | 4 | 5 |
1. | Abdulla-zadə Günel Fizuli qız | komissiya sədri | Daimi komissiyanın 28.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı | |
2. | Xəlilov Xəyal Nəbi oğlu | üzv | ||
3. | Ağayeva Çinarə Tahir qızı | üzv | ||
Yerli ekologiya məsələləri daimi komissiyası | ||||
1 | 2 | 3 | 4 | 5 |
1. | İbrahimova Ayla Hacıbala qızı | komissiya sədri | Daimi komissiyanın 28.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı | |
2. | Rüstəmova Elnarə Viktorovna | üzv | ||
3. | Vəlili Güllü Əli | üzv | ||
Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası | ||||
1 | 2 | 3 | 4 | 5 |
1. | Mirzəyeva Həcər Niyazi qızı | komissiya sədri | Daimi komissiyanın 28.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı | |
2. | Məmmədzadə Nihad Yaşar oğlu | üzv | ||
3. | Bayramov İsa Eyvaz oğlu | üzv | ||
Hüquq məsələləri daimi komissiyası | ||||
1 | 2 | 3 | 4 | 5 |
1. | Cəfərov Nəsimi Abbas oğlu | komissiya sədri | Daimi komissiyanın 28.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı | |
2. | Bayramov İsa Eyvaz oğlu | üzv | ||
3. | Rüstəmova Elnarə Viktorovna | üzv | ||
Gənclərlə iş üzrə komissiya | ||||
1 | 2 | 3 | 4 | 5 |
1. | Xəlilov Xəyal Nəbi oğlu | komissiya sədri | Daimi komissiyanın 28.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı | |
2. | Məmmədzadə Nihad Yaşar oğlu | üzv | ||
3. | Mustafayeva Mədinə Mustafa qızı | üzv | ||
Gender bərabərliyi komissiyası | ||||
1 | 2 | 3 | 4 | 5 |
1. | Eldarlı Sənubər Musa qızı | komissiya sədri | Daimi komissiyanın 28.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı | |
2. | Mirzəyeva Həcər Niyazi qızı | üzv | ||
3. | İbrahimova Ayla Hacıbala qızı | üzv |
Vəzifəsi | Soyadı, adı və atasının adı | Əlaqə telefonları | Qəbul günləri və saatları |
Sədr | Hüseynov Hümbət Rəhim oğlu | (012) 412-28-74 | I gün saat-1500-1800 |