Muradxan Orucludan, Bakı, Azərbaycan, 13 yanvar 2022-ci il
Salam Ordumuzun Müzəffər sərkərdəsi!Mən, Vətən müharibəsi əlili Oruclu Muradxan Zöhrab oğlu Sizə öz dərin təşəkkürümü bildirirəm. Həm siyasətinizə, həm düşmən ölkəyə göstərdiyiniz gücünüzə, həm də biz müharibə əlillərinə ayırdığınız diqqətə görə minnətdaram Sizə.
Allah daim millətimizi, torpaqlarımızı qorumağa bizə güc versin. Sizin kimi sərkərdənin əsgəri olduğum üçün qürurluyam və başım dikdir. Bizdə bu əminliyi, bu özünəinamı yaratdığınız üçün çox sağ olun.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Sizin əsgəriniz Oruclu Muradxan Zöhrab oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.