Şriftin ölçüsü :

Saytın rəngi :

Musayev Elşad Nəbi oğlu

Musayev Elşad Nəbi oğlu 5 sentyabr 1963-cü ildə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan-Livan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

2024 ildə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Böyük Azərbaycan Partiyasının sədridir.

Türk və rus dillərini bilir.

Evlidir, 4 övladı var.

Keçidlər