Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 23 sentyabr 2023-cü il

Cənab Ali Baş Komandan

Qırx dörd günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Silahlı Qüvvələri bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək Sizin onların qarşısında qoyduğunuz tapşırığı cəmi bir günə yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdılar. Dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. Sizin qətiyyətiniz, dəmir iradəniz sayəsində lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı, Azərbaycan öz suverenliyini bərpa etdi.

Möhtərəm cənab Prezident, qazanılan hər bir qələbə, hər bir uğur xalqla hakimiyyət asındakı birliyi, vətəndaşların Sizə olan inamını, məhəbbətini daha da gücləndirir. Xalqımız inanır ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman yeni-yeni zəfərlər qazanacaq.

Hörmətlə,

Quliyev Namiq

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər