Şriftin ölçüsü :

Saytın rəngi :

Namiz Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 23 sentyabr 2023-cü il

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan

Qarabağda erməni işğalının sona çatması, ermənilər tərəfindən işğalın rəmzi sayılan Şuşa şəhərinin girişində tank abidəsinin sökülməsi bizim üçün yeni eranın başlanğıcıdır.

Otuz illik işğal biz keçmiş məcburi köçkünlər üçün xüsusilə ağır və çətin oldu. Uşaqlıq və gənclik illərimiz fərqli keçdi. Amma bu qələbə bütün əziyyətlərin boşuna getmədiyini sübut etdi.

Babalarımız bu günü görməsə də, onlar əmin idilər ki, Ulu Öndər Heydər Əliyev siyasəti qələbə qazanacaq.

Hörmətlə,

Məmmədov Namiz, özəl sektorun işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər