Şriftin ölçüsü :

Saytın rəngi :

Natiq Sultanovdan, Bakı şəhəri Binəqədi rayonu, 08 avqust 2023-cü il

Möhtərəm cənab Prezident

Siz hər zaman deyirsiniz ki, ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır. Azərbaycanın da ən dəyərli sərvəti Ulu Öndərimiz və Sizsiniz. Xalqımız bu sərvətə qiymət verir, onu ürəkdən sevir.

Sizə olan xalq sevgisi Qarabağın fəthindən sonra birə-beş artdı. Vətən müharibəsi zamanı çıxışlarınız, Şuşa azad olunanda “Şuşa, sən azadsan!” kəlmələriniz hələ də ürəyimdədir.

Müharibədən sonrakı dövrdə də şəhid ailələrinə göstərilən diqqət və qayğı ölçüyəgəlməzdir. Sizə nə qədər təşəkkür etsək azdır.

Çox sağ olun, cənab Prezident, var olun!

Hörmətlə,

Sultanov Natiq Asəf oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

 

https://president.az/az/articles/view/60805

Keçidlər