Nəriman Behbudzadədən, Bakı şəhəri Binəqədi rayonu, 06 noyabr 2025-ci
Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi və bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə ən səmimi-qəlbdən təbrik edir, bu Zəfərin qazanılmasındakı müstəsna xidmətlərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu tarixi Qələbə Azərbaycan xalqının birlik və iradəsinin, Ordumuzun qəhrəmanlığının və Sizin qətiyyətli Liderliyinizin təntənəsidir. Bu şanlı Zəfər Günü bizə bir daha xatırladır ki, bu Qələbənin əsası illər əvvəl Ulu Öndər, Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Yaşasın cənab İlham Əliyev, yaşasın Azərbaycan!
Hörmətlə,
Nəriman Behbudzadə
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu









