Şriftin ölçüsü :

Saytın rəngi :

Nigar Hənifəyevadan, Bakı şəhəri Binəqədi rayonu, 25 sentyabr 2023-cü il

Əziz Prezident, Müzəffər Ali Baş Komandan!

Qarabağ bölgəsində keçirilən uğurlu antiterror tədbirləri ilə Siz Azərbaycanın hərb tarixində daha bir möhtəşəm uğura imza atdınız. Rəşadətli ordumuz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək cəmi bir gün ərzində separatçı qüvvələrı ağ bayraq qaldırmağa, onları tərk-silah olunmağa məcbur etdi. Beləliklə, Sizin müdrik siyasətiniz sayəsində 2023-cü il 20 sentyabr tarixi daha bir qürur, şərəf tariximizə çevrildi.

Bu münasibətlə Sizə təbriklərimizi çatdırır, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Hənifəyeva Nigar, 23 nömrəli məktəbin kollektivi adından.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər