Şriftin ölçüsü :

Saytın rəngi :

Nisə Hacıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 8 fevral 2024-cü il

Hörmətli cənab Prezident,

Sizi inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Mən və ailəm Sizə səs verdik. Nəinki biz, vətəndaşlarımızın mütləq əksəriyyəti ürəkdən sevinərək öz sevimli Liderini – Sizi dəstəklədi.

Sizin müdrik siyasətiniz və şəhidlərimizin qanı sayəsində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Cənab Prezident, Xankəndidə Sizin səsvermə görüntülərinizə sevinərək fəxrlə izlədik. İlk dəfə olaraq, ölkəmizin bütün bölgələrində səsvermə baş tutdu. Allah Sizi qorusun!

Hörmətlə,

Nisə Hacıyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər