Şriftin ölçüsü :

Saytın rəngi :

Niyaz Cəlilovdan, Bakı şəhəri Binəqədi rayonu, 24 fevral 2024-cü il

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Xalq növbəti dəfə Sizi ölkə başçısı seçdi, çünki müdrik siyasətiniz sayəsində Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq hökm sürür, xalqımız qalib xalq kimi yaşayır və ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır.

Müzəffər xalqımızın qürur mənbəyi olan tarixi Zəfəri bizə bəxş edən uzaqgörən Prezidentimizə – Sizə gələcək fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayıram!

Hörmətlə,

Niyaz Şıxəli oğlu Cəlilov

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər