Orxan Əlizadədən, Bakı şəhəri Binəqədi rayonu, 16 oktyabr 2023-cü il
Hörmətli və əziz Prezidentimiz
2003-cü ildə yaşadığımız sevinc hissləri bu gün də qəlbimizi işıqlandırır. Əminik ki, bu hisslər sonsuza qədər davam edəcək. Çünki xalqımız Sizə inanır, güvənir.
Siz böyük Azərbaycan ailəsini sevə-sevə idarə edir, qoruyursunuz. Siz fədakar Prezident olaraq xalqımız üçün gecə-gündüz çalışırsınız. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin də ruhu şaddır.
Uca Yaradan Sizə sonsuz enerji, tükənməz güc verib. Allah gücünüzü, qüdrətinizi artırsın, Sizi qorusun!
Hörmətlə,
Əlizadə Orxan
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu