Şriftin ölçüsü :

Saytın rəngi :

Pəri Mirzəyevadan, Bakı, Azərbaycan, 20 oktyabr 2021-ci il

Möhtərəm cənab Prezident.

Sizin Füzuli rayonuna səfəriniz zamanı ictimaiyyət nümayəndələri ilə görüşünüzdə söylədiyiniz “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək” sözləri qəlbimizi sevinc və fərəh hissi ilə doldurdu. Bizim ən böyük arzumuz torpaqlarımızın işğaldan azad edilməsi idi və Siz bunu reallaşdırdınız. Həmçinin doğma yurdumuza tez bir zamanda qayıtmağımız üçün möhtəşəm işlər görürsünüz. Bütün bunlara görə Sizə minnətdarıq.

Cənab Prezident, biz çox xoşbəxt xalqıq ki, Sizin kimi vətənpərvər, xalqını sevən liderimiz var. Sizi hər zaman dəstəkləyəcəyik. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz bundan da böyük uğurlar qazanacaq, xalqımız daha xoşbəxt həyat yaşayacaq. Füzuli rayon 2 saylı tam orta məktəbin bütün müəllim kollektivi adından Sizə bir daha təşəkkürümüzü bildiririk.

Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Mirzəyeva Pəri Həşim qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

Keçidlər