Polad Lətifovdan, Bakı şəhəri Binəqədi rayonu, 23 aprel 2024-cü il
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Son illər döyüş meydanında, siyasi aləmdə və iqtisadi sahədə əldə etdiyiniz misilsiz nailiyyətlər nəticəsində ölkəmiz nəinki Qafqazın, dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Bütün bunlar məni, ailə üzvlərimi, işlədiyim kollektivi və bütün Azərbaycan cəmiyyətini qürurlandırır. Uzun illər işğal altında olan daha 4 kəndimizin bir güllə atılmadan geri qaytarılması barədə razılığın əldə olunması Sizin uzaqgörən siyasətinizin nəticəsidir.
Var olun! Allah Sizi qorusun!
Hörmətlə,
Polad Lətifov
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu