Şriftin ölçüsü :

Saytın rəngi :

Raciv Müzəffərovdan, Bakı şəhəri Binəqədi rayonu, 01 mart 2024-cü il

Möhtərəm cənab Prezident,

Prezident seçkilərində möhtəşəm qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm. Yüksək fəallıq şəraitində keçirilmiş seçkilərdə seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən etimad göstərməsi xalqın müzəffər Lideri ətrafında sıx birləşdiyini növbəti dəfə təsdiqlədi. Bu qələbə həm də Azərbaycan xalqının Heydər Əliyev ideyalarına sədaqətinin, gördüyünüz böyük işlərə görə Sizə minnətdarlığının ifadəsidir.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz son 20 ilin mənzərəsi göstərir ki, dövlət başçısı olaraq xalqa verdiyiniz vədləri yüksək səviyyədə yerinə yetirmisiniz, bütün sahələrdə bənzərsiz uğurlar qazanılıb. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan regional güc mərkəzinə - bölgənin lider dövlətinə çevrilib. Əldə edilən nailiyyətlərin zirvəsində isə təbii ki, uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunması, ölkənin suverenliyinin bərpası dayanır.

Azərbaycan xalqı öz seçimi ilə həm də Sizin liderliyinizlə yeni hədəflərə nail olunacağına əminliyini təsdiqlədi. İnanırıq ki, zəfər seçkilərindən sonra başlanan yeni mərhələdə Sizin müdrik rəhbərliyinizlə ölkəmiz yeni zirvələr fəth edəcəkdir.

Dərin hörmətlə

Raciv Heybət oğlu Müzəffərov

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər