Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun iri sənaye müəssisələri

Rayonun iri sənaye müəssisələri
 
Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sırasına mədənçıxarma sənayesi ilə məşğul olan "Binəqədi Oil Company" Neft Şirkəti, emal sənayesi ilə məşğul olan "Poladtökmə" ASC, "Fab boya" MMC, "Bilfa boya" MMC, neft maşınqayırma sənayesinə daxil olan "Sərdarov adına zavod" MMC, "Dəzgahqayırma" ASC, yeyinti sənayesinə daxil olan "Coca-Cola" "Pepsi-Cola", "Lider Cola", "Aqua-Vita-Taj", "Mars Overseas Baku LTD", "Golden Water" MMC, "Zəngəzur", "Xırman", "Araz LTD" və s. müəssisələri göstərmək olar.
Rayonda həmçinin əmtəəlik beton istehsalı ilə məşğul olan çoxsaylı kiçik müəssisələr, mebel və müxtəlif ağac məmulatlarının istehsalı ilə məşğul olan kiçik müəssisələr, üzlük daş və mərmər istehsalı ilə məşğul olan sexlər və s. istehsal obyektləri fəaliyyət göstərir.
Aşağıda rayonda fəaliyyət göstərən sənaye müəssisələri haqqında məlumatlar təqdim olunur:
 
"Binəqədi Oil Company"
“Binəqədi Oyl Kompani” şirkətinin Azərbaycan Respublikasındakı filialı 29 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azen Oil Kompani Bi.Vi.” şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış Binəqədi blokunun işlənməsi və bərpası ilə bağlı Saziş üzrə “Azneft” İB və “Binəqədineft” NQÇİ-nin bazasında 01 sentyabr 2005-ci il tarixdə yaradılmışdır.
Kontrakt zonasına 8 yataq daxildir (Binəqədi, Qirməki, Sulutəpə, Şabandağ, Çaxnaqlar, Masazır, Fatmayı yatağının Sianşor və Məhəmmədəli sahələri).
Binəqədi rayonuna daxil olan neft yataqları şose və dəmir yolları ilə birləşərək Bakı şəhərindən 9 km şimal-şərqdə Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir. Şirkətin ümumi ərazisi 4400 ha təşkil edir. Bu ərazidə 3 mədən fəaliyyət göstərir. Yataqların işlənmə tarixi 100 ildən artıqdır.
Hesablanmış ehtiyatlar aşağıdakılardan ibarətdir:
  • Balans neft ehtiyatları- 181 806,0 min ton, çıxarılan ehtiyatlar 62 110,0 min ton
  • Balans qaz ehtiyatları- 6 993,1 mln m3, çıxarılan ehtiyatlar 4 797,3 mln m3
Yataqların məhsuldarlığı 80% təşkil edir.
01.01.2010-cu il tarixə olan vəziyyətə görə quyu fondu aşağıdakılardan ibarətdir:
  • Şirkət üzrə neft istismar fondu- 1 099 quyu
  • Suvurma I mstismar fondu- 144 quyu
 
 
"Pepsi-Cola Azərbaycan" MMM
Müəssisə "Pepsi-Cola" markası ilə limonad, qazlı və qazsız spirtsiz içkilər, mineral və süfrə suları, kvas və s. məhsullar istehsal edir.
Müəssisənin rəhbəri:
Ünvan: Azərbaycan, Bakı, AZ 1000
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sumqayıt yolu 15
Tel: +99 (412) 497 7881
+99 (412) 497 7882
Fax: +99 (412) 497 4085
+99 (412) 497 7885
e-mail: office@pepsibaku.com
 
"Mars Overseas Baku LTD"         
  Zaqafqaziyada ən böyük istehsal gücünə malik olan müəssisə "Pepsi Cola İnternational Company"nin icazəsi ilə 1999-cu ildən etibarən fəaliyyət göstərir. İstehsalatda istifadə olunan avadanlıqlar İtaliyadan, Almaniyadan və digər xarici ölkələrdən gətirilmişdir. Şirkət fəaliyyətə başladığı ilk gündən indiyə qədər məhsullarını müasir texnologiya əsasında istehsal edir və istehsal zamanı bütün proseslərin (suyun təmizlənməsi, plastik qabların hazırlanması, qablaşdırılma) zavodun ərazisində beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsi tam təmin olunur.
Ünvan: Bakı, Azərbaycan
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sumqayıt yolu 15
Tel: +99 (412) 497 7883
Fax: +99 (412) 342 7496
 
"Golden Water" MMC
 
Müəssisə müasir texnologiya əsasında hazırlanmış "Lider Cola", "Lider Portağal", "Lider Düşes", "Lider Aqua" qazlı və qazsız sular, sərinləşdirici içkilərin istehsalı və satışı ilə məşğul olaraq istehlakçılara yüksək keyfiyyətli məhsullar təqdim edir.
İcraçı direktor: Azər Kərimov
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Tel: +99 (412) 442 7810
Fax:
Ətraflı məlumat üçün: www.goldenwater.az
 
"Bot" MMC
"Bot" MMC 1998-ci ildə Respublikamızın ən böyük fabriklərindən biri olan 4 №li Bakı ayaqqabı fabrikinin bazasında yaradılmışdır. Hazırda silahlı qüvvələr üçün mühafizə və xüsusi təyinatlı, neftçilər və digər sahələrdə çalışan fəhlələr üçün xüsusi ayaqqabılar və həmçinin uşaqlar və gənclər üçün gündəlik ayaqqabılar istehsal edən ən böyük fabriklərdəndir.
Müəssisədə 50-dən çox növdə ayaqqabı istehsal edilir. Məhsulun istehsalı Almaniya, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdə istehsal olunan avtomatlaşdırılmış xətlərin və avadanlıqların vasitəsi ilə həyata keçirilir.
İstehsal gücü ildə 400 min cüt təşkil edir.
Direktor:
Ünvan: AZ 1054
Bakı şəhəri, Binəqədi şossesi 53
Tel: +99 (412) 412 3183
+99 (412) 412 3184
+99 (412) 412 4626
Fax: +99 (412) 412 3601
e-mail: bot@azerin.com
Ətraflı məlumat üçün: www.bot-az.com
 
"Aqua-Vita-Taj"
Müəssisə Azərbaycanda əhalini içməli su ilə təmin edən birinci kompaniyadır. Kompaniya 1997-ci ildə təşkil edilmişdir.
Müəssisənin əsas məqsədi istehlakçıları Qusar rayonu Xudat şəhəri ərazisində 400 metr dərinlikdən çıxarılan təmiz bulaq suyu ilə təmin etməkdən ibarətdir.
Direktor:
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Tel: +99 (412) 447 2991
+99 (412) 447 3588
Fax: +99 (412) 447 2990
e-mail: office@tae-aquavita.com
Ətraflı məlumat üçün: www.aquavita-az.com
 
"Xırman" şirkəti
Şirkət 1997-ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir. Burada gündəlik tələbat məhsullarına aid olan çörək, un və süd məhsulları istehsal olunur.
Un istehsalı: İstehsalat kompleksində əla növ birinci və ikinci növ unlar istehsal olunur. Burada qabaqcıl texnologiya hesabına və müxtəlif buğda növlərindən, bir birlərini tamamlama sxeminin tərtibi nəticəsində, yüksək keyfiyyətli un istehsal olunur.
Çörək istehsalı: Şirkətimiz çörək istehsalı sahəsində kifayyət qədər təcrübəyə malikdir. Burada uzun müddət təcrübədən keçmiş və şirkətimizə məxsus olan reseptura əsasında, hazırlanmış "Bakılı" çörəyi, Ukrayna və Rusiya texnologiyaları ilə çovdar unundan hazırlanmış "Ukrayna" və "Borodinski" çörəkləri də istehsal olunur.
Süd istehsalı: Azərbaycanın ən səfalı bölgələrindən gətirilmiş südü "Xırman" şirkətində xüsusi laboratoriya şəraitində müayinədən keçirdikdən sonra, yüksək texnoloji prosesdə pasterizə edilərək istehsala verilir. Süd emal zavodunda yeni məhsullara xüsusi yer verilmişdir. Belə ki, məhz burada, Azərbaycanda ilk dəfə qatılaşdırılmış süd və şokoladlı şirin kəsmik kimi məhsulların bir sıra çeşidləri istehsal olunur. Bundan əlavə əsl inək südündən heç bir qatqısı olmayan kərə yağları müxtəlif çeşidlərdə və çəkilərdə istehsal olunur.
Direktor:
Ünvan:Bakı şəhəri AZ 1117
Binəqədi rayonu Biləcəri qəsəbəsi
Tel/fax: 401 88 05
e-mail: sales@xirman.az
Ətraflı məlumat üçün: www.xirman.az
 
"VAQA LTD" MMC
Azərbaycanda və Cənubi Qafqazda analoqu olmayan, MDB ölkələri sırasında 4-cü olaraq quraşdırılmış çörək məmulatlarının istehsalı ilə məşğul olan ən müasir müəssisədir.
Müəssisə Çexiya istehsalı olan dünya standartlarına uyğun müasir texnoloji xətt və avadanlıqla təchiz olunmuşdur.
Müəssisədə yüksək peşəkarlığa malik personal fəaliyyət göstərir.
"Baker" əmtəə nişanı ilə istehsal edilən çörək və çörək-bulka məmulatları eksklüziv və ənənəvi reseptlər əsasında hazırlanmışdır.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfi
Direktor: Elşən Adəm oğlu Əliyev
Tel: +99 (412) 412-37-44
Fax: +99 (412) 412-10-52
e-mail: oficce@baker.az
Əlavə məlumat üçün: www.baker.az
 
 
Rayonun iri ticarət mərkəzləri
 
"Elite" ticarət və əyləncə mərkəzi
Bakı şəhərində yerləşən ən iri ticarət mərkəzlərindən biri olan "Elite" ticarət və əyləncə mərkəzində  200-dən artıq mağaza, kafe və restoranlar, bouling və əyləncə zalı, hotel və digər xidmət sahələri fəaliyyət göstərir.
Ünvan: AZ1108
Binəqədi rayonu, Dərnəgül şossesi
Tel: +99 (412) 449-98-55
+ 99 (412) 449-98-56
+ 99 (412) 449-98-57
Fax: + 99 (412) 498-07-03
Mərkəzin rəhbəri: Əli Evsən
Marketinq üzrə menecer: İlham Süleymanov
e-mail: elite@azeronline.com
Ətraflı məlumat üçün: www.elite.az
 
"Baku Electronics"
1994-cü ildən fəaliyyətə başlamışdır.
Kompaniya dünya bazarında mühüm yer tutan "Samsung", "Siemens", "Tefal", "Rowenta", "Krups", "Lagoctina" kimi markaların rəsmi distribyutorluq hüququna malikdir.
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 116
Tel: + 99 (412) 441-33-86
+ 99 (412) 563-61-33
Ətraflı məlumat üçün: www.bakuelektronics.az
 
"Tərgül" ticarət mərkəzi
2006-cı ildən fəaliyyət göstərən Mərkəzdə müxtəlif məişət əşyaları və geyim satışı üzrə ixtisaslaşdırılmış dükanlar mövcuddur. Müəssisə əhaliyə müxtəlif çeşidli istehlak mallarının satışı ilə məşğul olur. bundan əlavə Ticarət Mərkəzində aptek, kafe, dərzi və bərbərxana da fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon, C.Xəndan küçəsi
 
"Monte-Kristo" restoran kompleksi
Restoran kompleksi geniş çeşidli Azərbaycan və Avropa mətbəxindən nümunələri öz peşəkar ofisiantları vasitəsi ilə musiqi sədaları altında müştərilərinə təqdim edir.
"Monte-Kristo" kompleksinə iki möhtəşəm toy zalı, iki banket zalı, "İf Tower" restoranı, qonaq evi, maşınlar üçün dayanacaq, gül mağazası və videostudiya daxildir.
Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon, C.Xəndan küçəsi 38m
Tel: + 99 (412) 436-06-06
Mob: + 99 (050) 536-06-06
e-mail: graf@montekristo.az
Ətraflı məlumat üçün: www.montekristo.azerin.com
Atatürk prospekti və Naxçıvani küçəsinin kəsişməsində yerləşən, 2002-ci ildən fəaliyyət göstərən "LİDO" restoranında Avropa və Asiyanın məşhur restoranlarında təcrübə keçmiş aşbazların hazırladıqları təamların dadına baxmaq olar. Restoranda 250 nəfərlik böyük zal, 25 nəfərlik VİP zalı, bundan əlavə press-konferensiyaların, təqdimat mərasimlərinin və mini banketlərin keçirilməsi üçün əlavə zal xidmət göstərir.
 əlaqə tel: +99 (412) 562-94-49
 Əlavə məlumat üçün: www.lido.az
 
Binəqədi rayonu ərazisində 50-ə yaxın şadlıq evi, restoran fəaliyyət göstərir ki, bunlardan aşağıdakıları göstərmək olar
 

Şadlıq evinin adı

Ünvanı

Əlaqə telefonu

1

Röya

8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 3

563-00-09

2

Azəri

8-ci mkr., Ş.Məmmədova küçəsi 3

561-82-25

3

Həyat

8-ci mkr., Naxçıvani küçəsi 3067

562-99-40

4

Ramin

Atatürk prospekti 62a

562-93-60

5

Cıdır Düzü

8-ci mkr., S.S.Axundov küçəsi 1a

561-78-70

6

Kəmalə-Nərmin

7-ci mkr., keçid 1260

563-54-58

7

Sona

9-cu mkr., Mir Cəlal küçəsi 75

568-54-88

8

Üzeyir

9-cu mkr., Mir Cəlal küçəsi 105

568-43-43

9

Tərlan

9-cu mkr., Mir Cəlal küçəsi 115a

560-10-00

10

Leyla

9-cu mkr., Mir Cəlal

430-00-15

11

Ceyhun

9-cu mkr., Mir Cəlal küçəsi 105

413-02-85

12

Ankara

7-ci mkr., Xarici Dairəvi küçəsi 3123

562-05-57

13

Ümid

6-cı mkr., S.Məmmədova küçəsi

568-58-51

14

Anar

6-cı mkr., S.Məmmədova küçəsi

560-01-97

15

Zirvə

8-ci mkr., C.Xəndan küçəsi 17

561-77-00

16

Zəngəzur

Binəqədi şossesi 59

411-16-66

 
Binəqədi rayonu ərazisində “Embawood”, “Samsung”, ”JVC+”, “Qrand” market, ”Banana” market, ”Almalı” market, “Euro Ceramica” və s. iri ticarət obyektləri fəaliyyət göstərir.v
 
Keçidlər