Şriftin ölçüsü :

Saytın rəngi :

Şahəstə Mustafayevadan, Bakı şəhəri Binəqədi rayonu, 25 sentyabr 2023-cü il

Möhtərəm cənab Prezident, xalqın Xilaskarı!

Mən şagird olanda, Şah İsmayıl Xətai haqqında oxuyanda düşünürdüm ki, kaş onun müasiri olaydım, o dövrdə yaşayaydım. Qürur və sevinclə deyirəm: yaxşı ki, elə olmayıb! Yaxşı ki, mən, məhz Sizin kimi daha uzaqgörən, mərd, savadlı və humanist bir rəhbərin müasiriyəm. Yaxşı ki, Sizin vətəndaşınızam.

Sağ olun, bu xalqı sevdiyiniz üçün! Sağ olun, üzümüzü güldürdüyünüz üçün! Sağ olun, xalqımıza görə etdikləriniz üçün!

Allah Sizi qorusun. Sizi çox sevirik!

Hörmətlə,

Mustafayeva Şahəstə Zahid qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

Keçidlər