Şahin Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 20 oktyabr 2023-cü il
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
20 illik fəaliyyətiniz dövründə Sizin dövlət başçısı kimi idarəetmə tərziniz və qərarlılığınız ölkəmizin iqtisadiyyatının və infrastrukturunun güclənməsini, təhsil, səhiyyə sistemlərinin inkişafını, sosial layihələrin həyata keçirilməsini, eləcə də ərazi bütövlüyümüzün bərpasını mümkün etmişdir.
Sizə olan minnətdarlığımı ifadə etmək üçün sözlər yetərsizdir. Mən bir qazi oğlu olaraq yenə də Vətənimiz uğrunda hər bir əmrinizi icra etməyə hazıram.
Hörmətlə,
Əliyev Şahin Vüqar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu