Şriftin ölçüsü :

Saytın rəngi :

Şahin Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 29 fevral 2024-cü il

Hörmətli cənab Prezident,

Sizin yenidən Prezident seçilməyiniz və dövlətimiz naminə məqsədyönlü fəaliyyətinizi davam etdirməyiniz mənim kimi şair təbiətli insanlara ilham verir. Mən də bundan ruhlanaraq Sizə bir şeir həsr etmişəm və onu ali diqqətinizə təqdim edirəm.

Xalqın seçimidir İlham Əliyev

“İlhamla irəli!” dedi xalqımız,

Ondan başqasından yoxdur şansımız,

Onunla yüksəlir bu rifahımız,

Sönməz bir Günəşdir İlham Əliyev!

 

Əbədi birlikdir, bil, amalımız,

Xalqımızla birdir iqtidarımız,

Onunla azaddır Qarabağımız,

Qətiyyət rəmzidir İlham Əliyev!

 

Qanıyla ödədi qazilərimiz,

Canıyla tarix yazdı şəhidlərimiz,

Onları unutmaz, bil, Liderimiz,

Etibarlı şəxsdir İlham Əliyev!

 

Dünyaya yayılıb səs-sorağımız,

Hər yanda çoxalıbdır heyranımız,

Türk dünyası olub seyrəngahımız,

Dünya Lideridir İlham Əliyev!

 

Hillallı, ulduzlu hür bayrağımız,

Öpüb gözü üstə qoyubdur İlhamımız,

Zəfərlə güclüdür, bil ki, bağımız,

Xalqın seçimidir İlham Əliyev!

 

Hörmətlə,

Əliyev Şahin Vüqar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. Binəqədi qəsəbəsi

Keçidlər