Şriftin ölçüsü :

Saytın rəngi :

Şahin Səmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 3 sentyabr 2022-ci il

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Vətən müharibəsi şəhidi Nicat Səmədovun atası olaraq, bu məktubu Sizə böyük fəxarətlə yazıram. Siz Qarabağın azadlığı ilə Azərbaycan tarixinə şanlı səhifə yazdınız.

Müzəffər Ali Baş Komandan, Sizin apardığınız uğurlu siyasətin nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şəhid ailələrinə qayğı və dəstək Sizin fəaliyyətinizin əsas istiqamətlərindən biridir. Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlər Sizin şəhidlərimizin ruhuna sonsuz hörmət və ehtiram hissindən irəli gəlir.

Bildirmək istəyirəm ki, şəhid ailələrinin sosial vəziyyətinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər bir şəhid ailəsi kimi bizə də şamil olundu və biz mənzillə təmin edildik.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, işlərinizdə yeni uğurlar arzulayıram. Müstəqil Azərbaycanın firavanlığı naminə apardığınız siyasətdə Tanrı Sizə yar olsun.

Hörmətlə,

Şahin Səmədov

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi

Keçidlər